"Bozbash Pictures" komandasının üzvü xəstəxanalıq oldu FOTOLAR

"Bozbash Pictures" komandasının üzvü xəstəxanalıq oldu FOTOLAR

"Bozbash Pictures" komandasının üzvü Nicat Rəhimovun sosial şəbəkədə Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılan yerdə fotosu yayılıb. Onu sevənlər aktyorun səhhətində ciddi problemin olduğunu bildiriblər və narahat qalıblar.

Məsələ ilə əlaqədar olaraq N.Rəhimovun özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən aktyor səhhətində hər şeyin yaxşı olduğunu bildirdi: "Şükürlər olsun ki, səhhətimdə heç bir problem yoxdur. Həmin foto hazırda lentə aldığımız "Stalinin başı" filmdən olan görüntüdür. Super kinokomediya çəkilir. Hazırda çəkilişlər Bakıda gedir. Ekran işi Gürcüstanın Qori şəhərində, Qusarda çəkilib. Çox ağır çəkiliş prosesi gedir. Bir çox çətinliklərin olmasına baxmayaraq tamaşaçıların zövqünə oxşar film olacaq. "Stalinin başı" filmi mart ayında bütün kinoteatrlarda yayımlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə