Rəhim Rəhimlinin duet ortağı yenidən şou-biznesdə FOTOLAR

Rəhim Rəhimlinin duet ortağı yenidən şou-biznesdə FOTOLAR

Müğənni Rəhim Rəhimlinin keçmiş duet ortağı Samrina Hüseynova yenidən şou-biznesə qayıdıb. SİA-ya açıqlama verən ifaçı bildirib ki, yeni ifa etdiyi "Mən sevirəm" adlı bəstə ilə şou-biznesdəki fəaliyyətini bərpa edib: "Yenidən şou-biznesə qayıtdım. Çünki məni yaşadan sənətimdir. 2008-ci ildə ifa etdiyi "Hardasan" adlı mahnım mənə çox uğur gətirdi. İnanıram ki, yeni ifa etdiyim "Mən sevirəm" adlı mahnı da mənə uğur gətirəcək. Bəstənin sözləri, musiqisi, aranjimanı həmkarım Elnar Xəlilovundur. Layihənin rəhbəri prodüser Roland Bayramovdur. Bilirəm ki, şou-biznes olan yerdə söz-söhbətlər də var. Amma mən qalmaqalla gündəmdə qalmaq istəmirəm. Yalnız sənətimlə irəli gedəcəm".

Qeyd edək ki, S.Hüseynova illər öncə R.Rəhimli ilə duet ifa edib. Lakin bəzi porblemlərə görə yaradıcılığına fasilə verib, sənətdən getmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə