Qan xərçəngi olan rejissorumuzdan yeni xəbər var

Qan xərçəngi olan rejissorumuzdan yeni xəbər var

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin müalicəsi hələ də davam edir. SİA-nın məlumatına görə, rejissorun xanımı Səbinə Zəkizadə bildirib ki, Şahin hazırda kimyaterapiya alır: "Şahinin müalicəsi davam edir. Kimyaterapiyanın birinci mərhələsinin üçüncü hissəsindədir. Ağrıları, ürəkbulanmaları var. İnşallah, tez bir zamanda evimizə gələr. Dualarınız üçün, hər kəsə təşəkkür edirik".

Qeyd edək ki, Ş.Zəkizadə hazırda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicəsini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə