Leykemiyadan əziyyət çəkən 4 yaşlı Selcan Muradzadəyə dəstək məqsədi ilə yarmarka keçirilib. SİA-nın məlumatına görə, xeyriyyə məqsədi ilə keçirilən yarmarkada suvernir, rəsm əsəri, aksessuar, bijuteriya, toxunma əl işi, oyuncaqların satışı həyata keçirilib. Yarmarkanı ziyarət edənlər arasında güləş üzrə dünya çempionu Rəsul Çunayev, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, aparıcılar Mətanət Əliverdiyeva, Ceyhun Əli, Könül Muxtarova, Hacı Nuran, Sənan Şəfizadə, Günel Hümbətova, prodüserlər Humay Muxtarova, Sevinc Hüseynova aktyorlar Bəhram Bağırzadə, Elməddin Cəfərov, rejissor Nail Naiboğlu, modelyer Elnarə Bəkirova, müğənnilər Emil Bədəlov, Əbdül Xalid, Elşad Şükürov, Nazim Məmmədov da olub.
Onu da qeyd edək ki, 4 yaşlı Muradzadə Selcan İlkin qızı kəskin leykoz xəstəliyindən əziyyət çəkir. Vəziyyəti ciddi olsa da, sağalmaq ehtimalı var. Xəstəliyi kəskin leykoz, monoblast, variant M5-dir. O, kimyəvi terapiya kursu almalıdır. Ən az 6 ay remisiyya əldə edildikdən sonra, 2 il müddətində müalicəsini davam etdirməlidir. Tam sağalması üçün sümük iliyi köçürülməlidir. Bu isə riskli və yüksək məbləğ tələb edən prosedurdur. Əməliyyat üçün yüksək məbləğdə vəsait lazımdır. Bu vəsait yığılarsa, sümük iliyi donorunun tapılması və köçürülməsi həyata keçirilə bilər. Bunun nəticəsində Selcanın tam sağalma şansı var. Xeyriyyə məqsədi ilə keçiriən yarmarkada iki günə cəmi olaraq 11355 AZN toplanıb. Nəzərdə tutulan məbləğ tamamlanana qədər, xeyriyyə aksiyası növbəti həftələrdə də bu və konsert şəklində davam etdiriləcək.












Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB