Tanınmış meyxanaçı Vasif Əzimov repertuarına daha bir mahnı daxil edib. Bu haqda SİA-ya ifaçının özü məlumat verib: "Artıq Məhərrəm ayıdır. Çalışacam ki, digər aylardan fərqli olaraq bu aralar repertuarımı zəngin edim. Xeyli müddət idi ki, yeni bəstə üzərində çalışırdım. Artıq mahnı hazırdır. Bəstə "Ölüm ölüm" adlanır. Adıçəkilən həzin mahnımı bütün sevib-sevənlərə hədiyyə edirəm".
Qeyd edək ki, "Ölüm ölüm" adlı mahnının sözləri və musiqisi meyxanaçının özünə, aranjemanı İlqar İlhama aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB