Türkiyənin tanınmış müğənnilərindən olan Bayhan Gürhan Azərbaycana gələcək. Bu barədə SİA-ya azərbaycanlı müğənni Afaq Aslan deyib. O bildirib ki, türkiyəli həmkarı ilə Bakıda səhnə alacaq: "Xatırlayırsınızsa bir müddət öncə açıqlamamda söyləmişdim ki, Türkiyədə layihə üzərində çalışıram. Bu işlərin bəhrəsini yaxın müddətdə görəcəm. Bütün bu layihələrin içində konsertlər də nəzərdə tutulub. Türkiyədə olanda Bayhanla danışdıq. Bakıda konsert verəcəyi haqda söhbət etdik. Müsbət razılıq əldə olundu. Gecədə 10 nəfərlik canlı orkestrla səhnəyə çıxacaq. Bundan başqa yeni mahnılar və fotosessiya üzərində çalışıram. Əminliklə deyə bilərəm ki, Azərbaycanda heç bir müğənni belə bir cəsarətli fotosessiya həyata keçirməyib. Bunu mən edəcəm. Gözləməyə dəyər".

.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB