"Best Model of the World" yarışmasında ikinci yer tutan həmyerlimiz Günay Musayeva keçmiş həyat yoldaşı türk aktyoru Tolqa Karelini yenidən məhkəməyə verib. SİA-nın türk mətbuatına istinadən məlumata görə, boşanarkən oğlu Cahangiri öz himayəsinə götürən G.Musayeva, Karelin ödədiyi 500 lirəlik aliment ilə razılaşmayıb. Belə ki, model ayılıq aliment haqqını 5 min lirəyə qaldırmaq üçün yenidən iddia qaldırıb.
Musayevanın vəkili qarşı tərəfi günahlandıraraq bildirib ki, cavabdeh özü səfa içində yaşayarkən uşağı üçün 500 lirə aliment pulu ödəməsi, vicdansızlıqdır. Musayevanın şikayətini nəzərə alan məhkəmə Karele aid Bəylərbəyində (İstanbulda səmt) yerləşən böyük mənzilinə satış qərarı çıxarıb.
Qeyd edək ki, 2011-ci ildə evlənən cütlük dörd il sonra boşanıb. 37 yaşlı Tolqa Karel və Günay Musayevanın 2012-ci ildə Cahangir adlı övladları dünyaya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB