Qara siyahıda olan iki məşhur bundan sonra Azərbaycana gələ biləcək

Qara siyahıda olan iki məşhur bundan sonra Azərbaycana gələ biləcək

Rusiyalı musiqiçilər Timur Temirov və Soso Pavliaşvili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər. Bu barədə xəbəri SİA-ya XİN-in mətbuat xidməti məlumat verib. Bir müddət bundan əvvəl KİV-də Soso Pavliaşvilinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və Timur Temirovun isə işğal olunan ərazilərimizdə yaradılmış qondarma rejimin təşviqi ilə məşğul olması barədə məlumatlar verilib:"Məktubda onlar, həmçinin Azərbaycan xalqına, onun mədəniyyəti və musiqisinə böyük hörmət, ehtiram bəslədiklərini, ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər".

Qeyd edək ki, Timur Temirov və Soso Pavliaşvilinin müraciətləri müvafiq qaydada nəzərdən keçirilib və Azərbaycan ərazisinə daxil olmaq üçün icazə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə