Teleaparıcı Saleh Bağırov həftə sonunu ailəsi ilə birgə vaxt keçirib. SİA-nın məlumatına görə, aparıcı, həyat yoldaşı Səkinə Zeynalova və xalq artisti Fidan Hacıyeva birgə paytaxtda yerləşən atçılıq mərkəzinə yollanıb. Saleh, istirahət haqda təəssüratlarını bölüşüb: "İstirahət günümüzü gözəl dostum Fidan Hacıyeva ilə ailəvi əla dəyərləndirdik. Mütləq yolunuzu Atçılıq mərkəzindən salın. Adam əməlli-başlı yaradılan bu gözəllikdən, ruhən dincəlib zövq alır. Deyirlər ki, at muraddır. Allah hamını muradına çatdırsın".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB