Müğənni Ramal İsrafilov mərhum xalq artisti İlhamə Quliyeva ilə duet şəklində oxuduğu "Hədiyyəm olsun" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın məlumatına görə, ekran işini rejissor Nail Naiboğlu çəkib. Mahnının sözləri Ülviyyə Alovluya, musiqisi Ramalın özünə aiddir.
Klip İ.Quliyevanın evində lentə alınıb. R.İsrafilov mahnını müğənninin sağlığında oxuduqlarını, amma texniki problemlərə görə, uzun müddət təqdim etmədiklərini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB