Həbsxanadan çıxan aparıcı İlham Mirzəyevin yeni fotosu yayılıb. SİA-nın məlumatına görə, şəkli xalq artisti Məleykə Əsədova paylaşaraq bu sözləri qeyd edib: "İlham Mirzəyevin ailəsi ilə birlikdə gözəl gün keçirdik. O qədər mehriban, gözəl ailə tablosu gördüm ki... Allah nəzərdən, bəladan qorusun. Bütöv ailə görəndə ürəyim çox sevinir. Hər zaman gülərüz, mehriban həyat keçirəsiniz".
Qeyd edək ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunmuşdu. Aparıcı bu ilin iyununda azadlığa çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB