"Kiralık aşk"-ın "Yasemin"i "Paramparça"da

"Kiralık aşk"-ın "Yasemin"i "Paramparça"da

"Kiralık aşk" serialından ayrılan aktrisa Sinem Öztürk "Paramparça"da yeni obraz alıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa oktyabrın 10-da efirə gedəcək yeni seriyasında görünəcək. O, Erkan Petekkaya və Barış Falayın qəhrəmanları ilə yolu kəsişən Selma adlı qadını canlandıracaq.

Xatırladaq ki, S.Öztürk "Kiralık Aşk"dakı "Yasemin" obrazı ilə "ən yaxşı köməkçi aktrisa" mükafatını qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə