Müğənni qayınatasına: "Qızının Mehmet Ali Erbillə çıxan xəbərlərini gizlətdin"
Rafet El Roman və Ceren Kaplakarslanın boşanma məhkəməsinə bir neçə gün qalsa da tərəflər arasında mübahisələr bitmir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məsələyə Cerenin atası Atilla da qarışıb. O, müğənninin onun haqqında "Əxlaqsız" kəlməsini işlətməsinə reaksiya verib:"Əxlaqsız, arvadı haqqında qəzetdə xəbər yazdıran adamdır. Əxlaqsız, albomu satılmadığı üçün evlilik xəbərindən istifadə edən müğənnidir".
Rafet El Romanın da növbəti cavabı gecikməyib:"Əxlaqsız, evlilik müqaviləsinin olduğunu bildiyi üçün çıxıb yalandan "Maddi, mənəvi təzminat istəmirik" deyəndir, "qızımla evlən, hər şey yaxşı olacaq" deyə yalvarıb, daha sonra "biz onu kürəkənimiz olaraq qəbul etməmişdik" deyəndir. Qızının Mehmet Ali Erbillə çıxan xəbərlərini gizlədib, məktub xəbərində aləmi qatdın. Qızını məşhurlaşdırasan deyə, yüz dənə yalan xəbər yaydın. Əxlaqsızlıq sənin kimi gözəllik yarışması keçirib oradakı qızlara fərqli yanaşmaqdır. Əxlaqsızlıq fiziki məhdudiyyətli insanlardan istifadə edərək yaşamaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB