Müğənni Nadir Qafarzadə "Əzizlərim" adlı yeni mahnısını təqdim edib. SİA-nın məlumatına görə, sənətçi bildirib ki, bəstənin sözləri Baba Vəziroğluna, musiqisi Novruz Aslana aiddir: "İndi müğənnilərin yaradıcılığından çox, şəxsi həyatı ilə maraqlanırlar. Yeni mahnımı təqdim etsəm də, fikrimcə, bu insanları çox maraqlandırmayacaq. Bu da bir ifaçı olaraq mənə pis təsir edir.
Bir neçə gün əvvəl şayiə çıxartdılar ki, boşanmışam. Bu söhbətə görə də bir çox yaxınlarımız narahat oldu. Belə bir şey yoxdur".
Qeyd edək ki, aranjimanını Givi Usenaşvilinin etdiyi mahnını N.Aslan anasının xatirəsinə yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB