Müğənni Rafet El Roman və Ceren Kaplakarslan arasında daha bir qalmaqal yaranıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bir neçə gün əvvəl Cerenin adından yayılan üzr məktubunun onun yazmadığı ortaya çıxıb. Qadın sosial şəbəkədə Rafeti bu məktubu yalandan yazmaqda ittiham etdikdən sonra müğənni də sərt cavablar vermişdi.
"Renkli sayfalar" proqramında isə Rafetin "Whatsapp" yazışmaları yayımlanıb. İkili arasındakı yazışmada müğənninin "Məktubu yaymaqda səhv etdim" fikirləri diqqət çəkir. Kaplakarslan isə "Mənim dilimdən necə belə bir məktub yazıb mətbuata verə bilərsən?" deyib.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB