Xərçəng xəstəsi olan aparıcımızdan hər kəsi heyrətə gətirən addım FOTO
Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd Qasımova hər kəsi şoka salacaq addım atıb. SİA-nın məlumatına görə, aparıcı sosial şəbəkədə keçəl halda şəklini paylaşaraq, xərçəng xəstəsi olan xanımlara dəstək olub. O, fotoya bu sözləri qeyd edib: "Bu şəkil xərçəng xəstəliyindən əziyyət çəkən bütün xanımlaradır. Gündə yüzlərlə qadın mənə suallarla müraciət edir ki, saçlar qayıdır? Hər şey əvvəlki kimi olur? Bəli əzizlərim, saç da qayıdır, hər şey əvvəlkindən də gözəl olur. Qorxmayın, vaxtında həkimə gedəndə, erkən aşkar olunanda sağalırsan və sevdiklərinin yanında olursan. Mübariz olun, həyatı və özünüzü sevin, özünüzə inanın. Sizin hər birinizi anlayıram. Kimyaterapiyanı edəndən sonra qaytarırsan, əsəbiləşirsən, qışqırırsan, ağlayırsan. Radioterapiya edəndən sonra dərinin yanmasından əziyyət çəkirsən, özünə baxa bilmirsən. Hər səhər tüksüz başına baxıb ağlayırsan. Amma gözəl və güclü qadınsansa, sonda sağalırsan. Həyat gözəldir, yaşamağa dəyər. Hər şey keçir. Özünüzü sevin, bu da bir sınaqdır. Ən ağır gününüzdə də qırmızı pomada vurmağı unutmayın. Yaşadıqlarıma baxmayaraq, mən çox xoşbəxtəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB