Kənan M.M növbəti sirrin üstünü açdı

Kənan M.M növbəti sirrin üstünü açdı

Rejissor Kənan MM xalq artistləri Ağadadaş Ağayev və Alim Qasımovun ifalarında səslənən mahnıların müəllifindən söz açıb. SİA-nın məlumatına görə, o, bu barədə "İnstagram" hesabında yazıb: "Gecə Qonağı" filminin final səhnəsində Ağadadaş Ağayevin "Gecdir daha" və "Qayıdış" filmində Alim Qasımovun ifasında səslənən "Qalanı xatirədir" mahnılarının bəstəkarı hörmətli nazirimiz Kəmaləddin Heydərova, sözləri isə duyğulu şairimiz Baba Vəziroğluna məxsusdur. Düşünürəm ki, hər iki musiqi hər iki filmdə böyük rol oynayıb. Bunun üçün öz adımdan cənab nazirimizə və Baba Vəziroğluna səmimi qəlbdən təşəkkürümü bildirirəm. Şəxsən tanışlığımız olmasa belə, bunu özümə borc bildim. Sadəcə bu xəbəri tamaşaçılar ilə bölüşmək istədim. Bəlkə də çoxları bundan xəbərsiz idi".

Bütün xəbərlər Facebook səhifəmizdə