"O səs Türkiyə"də azərbaycanlı iştirakçı

"O səs Türkiyə"də azərbaycanlı iştirakçı

"O səs Türkiyə"nin yeni mövsümü başlayıb. SİA-nın məlumatına görə, ilk azərbaycanlı ifaçı səhnəyə çıxıb. İstanbulda yaşayan Balış Şahverdiyeva adlı həmyerlimiz "Bu qala daşlı qala" xalq mahnısını səsləndirib.

22 yaşlı Balış səsi ilə münsiflərin heç birini döndərə bilməyib.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan yarışmanın münsiflər kürsüsündə Sibel Can, Hadisə, Murad Boz və Gökhan-Hakan Özoğuzlar oturur.

Bütün xəbərlər Facebook səhifəmizdə