Kamilə Babayeva yeni mənzilə köçür FOTOLAR

Kamilə Babayeva yeni mənzilə köçür FOTOLAR

Uzun illərdir şəhərdən kənarda yaşayan aparıcı Kamilə Babayeva yeni mənzilə köçür. Aparıcı açıqlamasında deyib ki, son günlər başı ailə işlərinə qarışıb: "Hamı bilir ki, mən şəhərdən uzaqda yaşayıram. İndi mərkəzə köçürük, bu da vaxt tələb edir. Bu aralar ailə-məişət qayğıları vaxtımı daha çox alacaq".

Kamilə Babayeva efirdə yayımlanan "Belə yaxşıdır" verilişinin yayımının dayanmasından bəhs edib: "Soy prodakşın"la müqaviləmizin müddəti 1 il idi. Müddət bitdi, işbirliyimizə son qoyduq. İndi hərə öz işini davam etdirir. Onlarla münasibətim yaxşıdır. Yeni bir layihə planlaşdırmırıq. Gərək mənim damarıma toxunan bir layihə olsun ki, razılıq verim".

Xeyli arıqlaması ilə diqqət çəkən aparıcı formada qalmaq üçün yeyib-içdiyinə fikir verdiyini söyləyib: "Avqustda bundan da arıq idim. Biz efir adamıyıq, formada qalmalıyıq. İndi ev xanımları belə özlərinə o qədər fikir verirlər ki... Çəkimi qaydasında saxlamaq üçün yeyib-içdiyimə fikir verirəm".

axşam.az




Bütün xəbərlər Facebook səhifəmizdə