Türkiyənin məşhur aktyor cütlüklərindən olan Kerem Bürsün və sevgilisi Serenay Sarıkaya aktyor Şahan Gökbakarın Bəbəkdə yerləşən 4 milyon avroya satışa çıxardığı villasına namizəd olmalarına baxmayaraq son anda onu almaqdan imtina ediblər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərin suallarını cavablandıran Şahan belə deyib:" Serenay 10 otaqlı ev istəyib. Mənim evim isə 9 otaqlıdır. Bir otaq az olduğundan Serenay villamı bəyənməyib".




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB