Rafet El Romanın xanımı ondan üzr istədi FOTOLAR

Rafet El Romanın xanımı ondan üzr istədi FOTOLAR

Rafet El Romanın xanımı Ceren Kaplakarslan oktyabr ayında boşanacağı ərinə qarşı addım atıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, əri Rafet El Romana üzr məktubu göndərib, barışmalarını istəyib. Ceren, məktubda bu sözləri yazıb: "Rafet, məni bağışla. Səninlə 6 oktyabrda məhkəmədə olmaq əvəzinə, altı il bundan öncə ilk dəfə görüşdüyümüz yerdə və eyni vaxtda orada olmağı arzulayıram. Səni orada gözləyəcəyəm və gələcəyini də ümid edirəm. Səni sevirəm. Ayrılmağımız üçün ortada önəmli problem yoxdur. Uşağım olması xəyalını təxirə salıram. Səni qısqandırmaq, qürurunu sındırmaq istədim. Amma təəssüf ki, hər şeyi əlimə, üzümə buladım. Sonra çıxan yalan, yanlış informasiyalar əslində mənə zərər verdi. Bir məsələdə hər zaman rahat ol. Səni sevməkdən heç imtina etmədim, imtina etməyəcəyəm də".

Qeyd edək ki, Rafet El Roman-Ceren Kaplakarslan iki ildir evlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə