İlkin Həsəni kimdən şikayətləndi? FOTO

İlkin Həsəni kimdən şikayətləndi? FOTO

"Bozbash Pictures" komandasının üzvləri "Stalinin başı" adlanan filmin çəkilişləri üçün Gürcüstana üz tutublar. SİA-nın məlumatına görə, aktyorlardan İlkin Həsəni təəssüratlarını izləyiciləri ilə bölüşüb: "Yeni filmimizin Gürcüstan çəkilişləri də baş tutdu. 1 həftə ərzində Stalinin doğulduğu Qori şəhərini ələk-vələk edib, maraqlı və riskli çəkilişlər apardıq. Sağ olsun bizim Gürcüstandakı səfirliyimiz, necə lazımdır onlar da öz "yardımlarını" əsirgəmədilər, ən yüksək səviyyədə həmvətənlərini yola verdilər. Baxmayaraq ki, 2 ay öncə görüşdük, rəsmi məktubla müraciət də etdik, amma nə fayda?! Bütün dövlət orqanları ilə görüşüb, özümüz də hər şeyi həll etdik! Bunu ona görə yazdım ki, birdən sabah kimsə dost-tanışlardan Gürcüstana film çəkməyə gedər, səhvən oradakı səfirliyimizə müraciət edər, nə badə! Hamısından yaxşı, yol kənarında dayanan gürcü taksi sürücülərinə müraciət edin, qərib ölkədə onlar sizə necə lazımdır köməklik edəcək! Əziz izləyicilər, sizə isə söz verirəm ki, mart ayında super macəra komediyası "Stalinin Başı" kinoteatrlarda nümayiş olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə