ABŞ-da həbsdə olan Azərbaycan əsilli iş adamı Rza Zərrab vəkili vasitəsilə mətbuata açıqlama yayıb. SIA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Zərrab müğənni həyat yoldaşı Ebru Gündəşin ondan boşanmaq istədiyini bildirib: "Ebru Gündəş 13 sentyabr 2016-cı ildə boşanmaq istədiyini vəkili vasitəsilə mənə bildirib. Boşanma prosesinin tez olması üçün mənə təzyiq ediblər və 23 sentyabrda boşanma ərizəsini mənə göndəriblər". Rza Zərrab çətin günlər yaşamasına baxmayaraq, həyat yoldaşının bu qərarını hörmətlə qarşıladığını deyib. 2010-cu ildə evlənən cütlüyün 5 yaşında Alara adlı bir qızı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB