Müğənni Elçin Cəfərov "Sözüm ona" adlı mahnısına çəkdirdiyi klipini media nümayəndələrinə təqdim edib. SİA-nın məlumatına görə, mərasimə şou-biznesin tanınmış simaları da qatılıb.
Səbəbkar tədbirdə yeni işindən danışaraq klipin bəyəniləcəyinə inandığını deyib. O bildirib ki, ekran işində açıq-saçıq səhnələr yer alıb:"Bu cür səhnələrin olması rejissorun fikri idi".
E.Cəfərov tədbirdə canlı mahnılar səsləndirib.
Qeyd edək ki, ekran işini Cəlal Kəngərli ekranlaşdırıb. Mahnının sözləri Azər Şirinə, musiqisi ifaçının özünə məxsusdur.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB