Türkiyəyə köçən Ayan vətəni üçün darıxır

Türkiyəyə köçən Ayan vətəni üçün darıxır

Bir müddət əvvəl Türkiyəyə köçən müğənni Ayan Babakişiyeva Bakı üçün darıxır. SİA-nın məlumatına görə, sənətçi bunları qeyd edib:"Deyirlər, eşq acısı insanın qəlbini çox incidir. Məncə belə deyil. İnsanın yaxşı dostlarından, vətənindən uzaq olması tamam başqa ağrıdır. Dostlarım, Bakı və sevdiyim sənətim üçün çox darıxıram. Hər şey gözləmədiyim anda dəyişir və baxıb görürəm ki, ən yaxşısı bu imiş. Hər birinizin gözəl sözləri, isti münasibəti və sevgisi mənə bəs edər. Sevdiklərinizi unutmayın".

Bütün xəbərlər Facebook səhifəmizdə