Kərim Abbasov ata oldu FOTO

Müğənni Kərim Abbasov ikinci dəfə ata olub. Bu haqda SİA-ya sənətçinin prodüseri Məmməd Məhərrəmov məlumat verib: "Körpə bu gün günorta saatlarında dünyaya gəlib. Kərim oğluna Yusif adını qoyub".

Müğənni sosial şəbəkədə "Oğlum oldu, şükür sənə ya Rəbb" qeydi ilə paylaşım edib.

Qeyd edək ki, Təranə adlı xanımla ailəli olan K.Abbasovun Seyid adlı bir oğlu da var.

Bütün xəbərlər Facebook səhifəmizdə