Ölkədən çıxışına qadağan qoyulan Abbasdan MÜNASİBƏT

Ölkədən çıxışına qadağan qoyulan Abbasdan MÜNASİBƏT

30 min manat məbləğində vergiyə borcu olduğu üçün ölkədən çıxışına qadağan qoyulan Abbas Bağırov bu haqda açıqlama verib. SİA-nın məlumatına görə, ifaçı bu barədə "İnstagram" səhifəsində yazıb: "Dəyərli dostlar və diqqətli mətbuatımız, narahatçılığa səbəb yoxdur. Hər şey yaxşı olacaq. Azərbaycandayam və yaxın 100 ildə bu ölkədən heç bir yerə gedən deyiləm. Cənab Prezidentimiz mənə "Əməkdar artist" fəxri adını verib. Xalqımın sevgisini heç vaxt itirmərəm. Gələcəkdə Azərbaycan naminə uğurlarımız bol olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə