Rəqsanə: "Mənə bu yaşdan sonra qalmaqal etmək yaraşmaz"

Rəqsanə: "Mənə bu yaşdan sonra qalmaqal etmək yaraşmaz"

Xəbər verdiyimiz kimi əməkdar artist Elza Seyidcahanla müğənni Rəqsanə İsmayılova arasında soyuq küləklər əsir. SİA-nın məlumatına görə, E.Seyidcahan qarşı tərəf haqqında "Rəqsanə kimiləri efirə çıxandan sonra özbaşınalıq oldu. Efirdə dalaşdılar, sponsor məsələləri müzakirə olundu. Bütün hamısı adət-ənənəmizə, tərbiyəmizə zidd olan hadisələrdir" sözlərini bildirmişdi.

Günlərdir haqqında deyilən sözlərə cavab verməyən ifaçı susqunluğunu pozub. O, əməkdar artistin ünvanına bu sözləri deyib: "Neçə gündür ki, məni istəyən dəyərli dostlarım yazır ki, niyə Elza Seyidcahana cavab vermirsiniz? Bu həyatda hər birimiz qonağıq. Allah bizə göz, ağıl, dərrakə verib. Elza Seyidcahan anadır və iki övladı var, onu istəyən insanlar var. Əgər o, xanım nə isə deyibsə, mənim cavab verməyim düzgün olmaz. Biz hamımız Azərbaycan xalqının nümayəndəsiyik, bir millətik. Düşmən deyilik ki, bir-birimizi qıraq, incidək. Mən bu haqda Elza xanımın özünə yazdım ki, heç bir müğənniylə problemim yoxdur. Həyatda qorxum yalnız Allahımdır.

Heç kimdən nə çəkinirəm, nə də qorxuram. Sadəcə, insanları bezdirən boş-boş qalmaqallar mənə lazım deyil. İki övladım var, onları və ailəmi düşünürəm. Yaraşmır ki, bu yaşımızdan sonra qalmaqal edək. Həyatda bir insanın qəlbini qırmaq lazım deyil. Onsuz da səhvimiz çox olur. Elza xanımın etdiyi günahı, səhvi Allah bağışlasın. O da, mən də xanımıq, Azərbaycan qadınıyıq.

Anamın fikirləri mənim üçün çox önəmlidir. O, mənə dedi ki, bala, nə deyib Allah canını sağ eləsin, boş ver, baş qoşma. Yəqin siz də mənim fikirlərimi yaxsı qarşılayarsınız. Həyatda ən gözəl düzgünlük susmaq, cavab verməməkdir.

Bir-birimizə hörmət edək. Vallah, bu sənətdə heç bir xanımın və kişinin pis gününü istəmərəm. Hər zaman yaxşı olsunlar, Allah ruzilərini versin. Bizim bir düşmənimiz var, o da ermənilərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə