Yenicə nişanlanan təşkilatçı, prodüsser, aparıcı Humay Muxtarova "İlin peşəkar xanım təşkilatçısı"mükafatına layiq görülüb. SİA-ya açıqlama verən Humay xanım çox sevincli olduğunu söyləyərək sevincini yenicə Maltadan Bakıya gələn nişanlısı ilə qeyd edəcəyini söyləyib: " "İlin peşəkar xanım təşkilatçısı" mükafatına layiq görüldüyüm üçün çox xoşbəxtəm. Bu ada layiq görüldüyüm üçün nişanlımla özəl gecədə qeyd edəcəyik. Gələcək həyat yoldaşım hətta mənə hədiyyə də alıb".
Aparıcı şəxsi həyatından da danışaraq toyunun vaxtını da açıqlayıb: "Nişanlımı hələki mətbuata göstərmirəm. Üzünü gizli saxlayıram. Toyumuz da məhərrəmlik ayından sonra baş tutacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB