Xalq artistinin gözlənilən KLİPİ

Azərbaycan Dövlət Akademik Opera Və Balet Teatrının solisti, xalq artisti Fidan Hacıyeva və gənc müğənni Ələsgər Əliyev dahi bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəylinin "Arşın mal alan " musiqili komediyasında "Vəli ilə Tellinin" duetini yeni tərzdə dinləyicilərə təqdim edib. SİA-nın məlumatına görə, ekran işinin ssenari müəlifləri, Ceyhun Kərimov və Aleks Anişenko , rejissoru Ceyhun Kərimov , operatoru Nadir Mehdiyev , rəssamı Nərminə Vəliyeva , montaj rejissoru Aleks Anişenko , prodüseri Əziz Əliyevdir. Duet Azərbaycan, rus və ingilis dilində ifa olunub.

Həmin klipi təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə