Əbdül Xalid "Gecədən sübhədək" üçün 2 gün yuxusuz qaldı FOTOLAR
Tanınmış estrada müğənnisi Əbdül Xalid, yaradıcılığında xüsusi yer tutacaq əsərə klip çəkdirmək üçün kameralar qarşısına keçib. SİA-ya bu barədə ifaçının özü açıqlama verib: " "Gecədən sübhədək" mahnısını 23 il əvvəl əməkdar artist Mətanət İsgəndərli ifa edib. Ecazkar səsi ilə Asif Kərimovun şedevr bəstəsinə öz möhürünü vurub. Dinləyicilərin eşitdiyi bir mahnıya müraciət etmək hər sənətçinin edə biləcəyi risk deyil. Amma mən məsuliyyətli işi öz üzərimə götürməkdən çəkinmədim. Asif müəllim və Mətanət xanımdan aldığım xeyir-dua məni daha da ruhlandırdı. Mahnının orijinallığını qorumaq şərti ilə fərqli aranjiman edən musiqiçi dostum Bəbir Bəbirliyə təşəkkür edirəm. Əslində mahnı avqust ayında tam hazır idi. Sadəcə qərar verdik ki, bu əsərin tanıtımını klipi ilə birgə edək. Teleaparıcı qardaşım Samir Bayramlının ideya müəllifi olduğu ekran işinin rejissoru Tural Yusifli, quruluşçu operatoru Elnur Rzayev, prodüseri Nicat İmanovdur. Ssenariyə uyğun olaraq çəkilişlərimizi doğulub boya-başa çatdığım Tovuz rayonunda etdik. Komanda olaraq 2 gün yuxusuz qaldıq. İnanıram ki, əziyyətimiz hədər getməyəcək və klipimiz yetəricə izləyici marağına səbəb olacaq".
Qeyd edək ki, hazırda montajı gedən vizual məhsulun təqdimatı, oktyabrın ilk günlərinə planlaşdırılıb.
.jpg)








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB