"Ömer": Dürüstlük mənim simvolumdur MÜSAHİBƏ-FOTOLAR

"Ömer": Dürüstlük mənim simvolumdur MÜSAHİBƏ-FOTOLAR

"Kiralış aşk" serialının baş qəhrəmanları Barış Arduç və Elçin Sangu Türkiyə mətbuatına müsahibə verib. SİA-ya həmin müsahibəni ixtisarla təqdim edir:

Barış Arduç:

-"Kiralış aşk" serialından öncə bir neçə layihələrdə yer aldınız. Amma bu qədər məşhur olmadınız...

- "Kiralış aşk" serialına çəkilmədən öncə adi insan idim. O qədər də tanınmırdım. Səhərləri idman edən, qəhvə içib, evinə gələn biri idim. Serialın birinci bölümündən sonra məndən avtoqraf istədilər. İnsanların sevgisini görüncə nələrinsə baş verdiyinin şahidi oldum. 200 nəfərlə selfie çəkdirdim.

-Tanındıqdan sonra şəxsi həyatınızda nələrsə dəyişdi?

- Özəl həyatımda heç bir şey dəyişilmədi. Hələ də 15 illik dostlarımla görüşürəm. Yaxşı insan olmağa çalışıram.

-Bahalı həyata meyl etdiniz?

-Villam, bahalı maşınım olsun deyə heç vaxt xəyal qurmadım. Amma tanınmış olduğum üçün çalışıram ki, yaxşı pul qazanım.

-Məşhurluğunuz nə vaxtsa bitərsə, fikri sizi qorxutmur?

-Beş-altı il əvvəl bəzi planlar qurmuşdum. Həmin planlarım baş tutmadı. Bütün xəyallarım alt-üst oldu. Ona görə də artıq heç nə düşünmürəm. Hazırda hər şey öz yolu ilə davam edir.

-Demək olar ki, hər kəsi sizi çox sevir. Sizi çoxları qüsursuz insan olaraq görürlər. Doğurdandamı siz idealsınız?

-Pislik edən biri deyiləm. Kimsə məni sevsin deyə də nələrsə etmirəm. Yəqin məni sevənlər şəxsi həyatımla bağlı pis məqama rast gəlməyiblər. Serialda da xasiyyətimin nə olduğu bəlli olur.

-Aktrisa Gupse Özayla iki ildir birlikdəsiniz. Ən populyar olduğunuz dönəmdə bu münasibəti gizlətmədən yaşamaq nə qədər doğrudur?

-Gupse Özayla münasibətdə olduğum üçün özümlə qürur duyuram.

-Ətrafınızda bu qədər qız pərəstişkarlarınız var. Qorxmursunuz ki, sevgilinizə görə onları itirə bilərsiniz?

-Məşhuram deyə məni sevən qızlarla birgə gəzməli deyiləm. Bu gün bu qızla, sabah başqa biri ilə birlikdə olum deyə fikirləşmirəm.

-Sevgilinizlə sizi bir çoxları yaraşdırmır….

-Şəxsi həyatım mənə məxsusdur. Nə yaşadığımızı biz bilərik.

-"Kiralış aşk" serialında tərəf müqabilin Elçin Sangu ilə öpüşdünüz. Bu səhnələr sevgilizlə aranızda narahatçılıqlara səbəb oldu. İstərdik bu haqda danışasınız...

-Bu barədə danışmaq istəmirəm.

-Nə vaxt evlənməyi düşünürsünüz?

- Evliliyə qarşı deyiləm. Uşaqları çox sevirəm və övlad sahibi olmaq istəyirəm. Amma nə vaxt evlənəcəyimi bilmirəm.

-Serialda romantik, dürüst və bir çox yaxşı xasiyyətə malik olan Ömer obrazını canlandırırsınız. Bizə əsl Barış Arduçdan danışın…

-İdman manyakıyam. Özümlə vaxt keçirməyi, sakitliyi sevirəm. Dürüstlük mənim simvolumdur. Kimsə haqsızlıqla qarşılaşanda dözə bilmirəm.

Elçin Sangu

Son vaxtlar Türkiyədə ən çox danışılan amma özü susmağa üstünlük verən qadınlardansınız….

-Yerli-yersiz danışmağı sevmirəm. Əgər, mənim susqunluğu pozmağa ehtiyyac varsa, danışıram.

-Deyilənlərə görə, çətin həyatınız var. Doğrudur?

-Şəxsi həyatımda problemlər var. Belə yaşamaq çox çətindir.

-Nə vaxtsa aktrisa olduğunuz üçün peşman olmusunuz?

-Həyatımda heç bir qərarım üçün peşmançılıq hissi keçirmədim.

-Daha əvvəl də seriallarda rol aldınız. Amma "Kiralık aşk" dakı kimi məşhur olmadınız...

-Şans deyək. Eyni zamanda çox çalışıram.

-Məşhurlaşmağınız həyatınızda nəyi dəyişdirdi?

-Heç bir şeyi dəyişdirmədi. Çox pul qazanıb, həyatımı dəyişdirmədim. Sadəliyi sevirəm.

-Adınız Beren Saat, Tuba Büyüküstün, Bergüzar Korel kimi tanınmış aktrisalarla eyni siyahıdadır...

- Mənim üçün ad qazanmaq yox, uğurlu olmaq önəmlidir.

-Kiməsə görə, seksi, kiməsə görə məsumsunuz. Bəs, sizcə necə birisiniz?

- Mən özümü cazibədar olaraq görmürəm.

-Gözəlliyiniz başınıza bəla olub?

-Xeyir, uşaq vaxtı çirkin olmuşam (gülür).

-Sevgiyə inanırsız?

-Sevgisiz həyatı təsəvvür edə bilmirəm.

-Bildiyimizə görə sevgiliniz var. O, nə işlə məşğul olur?

-Özəl sektorların birində işləyir.

-Bu qədər uzun sürən münasibətin sirri nədir?

-Baxışından nə demək istədiyini anlamaq.

-"Kiralış aşk" serialında tərəf müqabiliniz Barış Arduçla "İlin cütlüyü" seçildiniz. Barış sizin üçün nə deməkdir?

-Barış Arduçla həqiqətən çox yaxşı yola gedirik. Dürüst biridir.

-Bir-birinizi necə tərif edərdiniz?

Barış Arduç: Elçin əyləncəli xanımdır. Birlikdə çox işləyirik. Dəyərli vaxt keçirdirik. İkimizin də özəl xüsusiyyətlərimiz var.

Elçin Sangu: Barış göründüyü kimi biridir.

-"Kiralış aşk"dakı kimi pul qarşılığında birinə aşiq ola bilərsiniz?

Elçin Sangu: Əsla! Mən sevgiyə sadiq biriyəm.

Barış Arduç: Əlbətt də heç vaxt pula görə kiməsə aşiq ola bilmərəm.

Uzun baxışmalar, günlərcə əl-ələ tutuşmaq üçün gözləmələr ancaq seriallarda var?

Barış Arduç: İnsanlar belə münasibətə həsrətdilər.

Siz heç belə eşq yaşadınız?

Barış Arduç: Seriallardan da gözəl sevgi münasibətim var.

Elçin Sangu: Mənim də…

Bütün xəbərlər Facebook səhifəmizdə