Nəsrin Cavadzadə: "3 ildir həyatımda heç kim yoxdur" MÜSAHİBƏ-FOTOLAR

Nəsrin Cavadzadə: "3 ildir həyatımda heç kim yoxdur" MÜSAHİBƏ-FOTOLAR

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə türk jurnallarının birinə müsahibə verib. SİA-ya həmin müsahibəni ixtisarla təqdim edir:

-Qısaca həyatınızdan bəhs edərdinizmi?

- Bakıdan İstanbula olan bir miqrasiya macəram var. 5 yaşımdan 11 yaşıma kimi, yəni anamla tək başına İstanbula gələnə qədər balet təhsili almışam. Yaxşı ki, ruhumdan anlayan bir anam var. Anam, "Nəsrin aktrisa olmalıdır"dedikdən sonra Bakıdan Türkiyəyə gəldik.

-İstanbula öyrəşmək sizin üçün çətin olmadı?

-Şişli Terakki Liseyindən evə qayıdanda ağlayan kiçik bir qız uşağı idim. Geri qayıtmaq istədim. Çünki türkcə danışığım dostlarım arasında lağa qoyulan mövzularından biri idi. Türkcəmi inkişaf etdirmək üçün xüsusi dərslər aldım və böyük səy göstərdim.

- Sosial şəbəkələrin fəal istifadəçisisiniz...

- Sosial şəbəkə filmə çəkilmədiyim ərəfələrdəki əyləncəmdir. İnstaqram paylaşımlarımda sevgili axtarmağımın düşünülməsi məni kədərləndirir. Halbuki, mən xəyali sevgiliyə aşiqəm. Bunu etməsəm, yaza, çəkə, icad edə bilmərəm.

-Bu il sizi yeni filmdə görəcəyik?

-Bu aralar olmayacaq. Yay ərəfəsində gələn ssenariləri oxudum. Adi biri olmaq və özümü təkrarlamaq istəmədiyim üçün gələn rol təkliflərini qəbul etmədim. Ən böyük kriteriyam yeni bir şey etməkdir.

- 9 illik münasibətdən sonra yenidən sevə biləcəksiniz?

- Bitmiş bir münasibətin arxasınca danışmaq istəmirəm. Keçmiş sevgilim film sahəsindəki uğurlarımda məni çox dəstəklədi. Məni olduğum kimi edən ən önəmli şey münasibətimdir. Həyatdakı ən önəmli dönüş nöqtəm budur. Hələ də anam qədər sevdiyim tək insanın o olduğunu düşünürəm.

- Yenidən başqa biri ilə münasibət yaşamağı düşünürsünüz?

- Bundan sonra adi münasibət yaşaya bilmərəm. 3 ildir həyatımda heç kim yoxdur. Ömrümün üçdə birini bir adamla keçirdim. Sevgini ən gözəl halı ilə yaşadım. Bu, hər kəsin başına gələcək hadisə deyil. Eyni zamanda insanın standartlarını formalaşdıran bir şeydir. Dəqiq və nə istədiyini bilən kişiylə münasibət yaşadım. Ondan sonra sehirli olmağa çalışan, qadınları arxasınca aparan, planlarla hərəkət edən bir kişi ilə münasibət qura bilmərəm. Çünki belə yaşayan bir kişinin varlığına şahid oldum.

Bütün xəbərlər Facebook səhifəmizdə