Fərda Xudaverdiyev özündən çıxdı

Aktyor Fərda Xudaverdiyev "Selfinaz" adlı stand-up şousunda türk komediya ustası Cem Yılmazı təqlid etməsi haqda iddialara cavab verib. SİA-nın məlumatına görə, aktyor məsələyə belə münasibət bildirib:"Səhnənin dekoru Cem Yılmazdan götürülüb deyən hər kəsə bir sözüm var. Əzizlərim, bu mənim deyil, konserti təşkil edən şirkətin istəyidir. Mən sadəcə qonorar qarşılığında çıxışımı etmişəm. Dincəlin, qurban olum. Azca özümüzə dəyər verək. Yaxın 3 ildə Cemi sizə unutdurmaq mənə borc olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə