"Kara sevda" serialı sentyabrın 21-də ikinci mövsümə başlayır. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, serialın qəhrəmanları serialın yeni mövsümü haqda fikirlərini bölüşüblər.
Burak Özçivit (Kemal):"İlk mövsüm izləyici üçün olmasa da, əslində bizim üçün giriş idi. Əsl "Kara sevda" indi başlayır. Ekran qarşısındakılar ikinci mövsümdə yaşadıqlarından sonra dəyişən Kemalı izləyəcəklər. Yeni Kemalın necə olacağı mənim üçün də maraqlıdır. Əvvəldən bildiyimiz ədalətli, sevimli, anlayışlı Kemal artıq dəyişir, vəziyyətə görə oynayacaq".
Neslihan Atagül (Nihan): " "Kara Sevda"nın yeni mövsümündə bütün obrazlar dəyişiblər. Nihan, Kemal və Emirin yaşayacağı dəyişiklik izləyiciləri dəyişdirəcək. Nihan yeni mövsümdə tam fərqli biri olacaq".
Kaan Urgancıoğlu (Emir): "Yeni mövsümə yeniliklərlə gəlirik. Bizi və izləyiciləri keçən mövsümdən daha həyəcanlı seriyalar gözləyir. Emirin də eyni adam olmayacağını deyə bilərəm".
Hazal Filiz Küçükköse (Zeynep): "Heç bir şey gözlədiyiniz kimi olmayacaq. Zeynep keçən mövsüm yaşadıqlarını unutmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB