"Kiralık aşk"da "Ömər" rolunu canlandıran Barış Arduç sosial mediada yeni fotosunu paylaşıb. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın prodüseri Şenol Sönməzlə foto çəkdirən B.Arduç, barmaqları ilə "qələbə" işarəsini göstərib.
Aktyor, paylaşımına "Bomba kimi gəlirik" qeydini yazıb.
Qeyd edək ki, "Kiralık aşk" yeni mövsümə sentyabrın 23-də Bakı vaxtı ilə 21:00-da "Star TV"də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB