Xəbər verdiyimiz kimi, xərçəng xəstəliyindən əziyyət çəkən türk aktyor Tarık Akan vəfat edib. SİA-nın Türkiyə mətuatına istinadən xəbər verir ki, xəbəri eşidən sənətçilər T.Akanın Bodrumdakı evinə axışıblar. Tanınmış simalar aktyorun evinin qarşısındakı stula güllər qoyublar və dualar ediblər. 66 yaşlı aktyorun cənazəsi bazar günü Teşfikiyə məscidində qılınacaq namazdan sonra Bakırköy ailə məzarlığında dəfn ediləcək.
Qeyd edək ki, T.Akan 1971-ci ildə başlayan aktyorluq karyerasında 111 filmdə və 4 serialda rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB