Rejissor Kənan MM son zamanlar Azərbaycanda lentə alınan komediya filmlərindən və kinoteatrlardan gileylənib. SİA-nın məlumatına görə,
rejissor hətta bəzilərini qatil adlandırıb: "Ağzını-gözünü eybəcər hala salıb, bizdə kino var deyənlər, salamatçılıqdır? Nə var, nə yox? Sizi qınamıram, indiki Azərbaycan kinoteatrları ciddi filmlərin qatilləridir. Çünki ciddi filmdə pul yoxdur. Ancaq "Youtube" zarafatlarından ibarət komediyalardır. Unutmayın ki, bir millətin tamaşaçısı nəyə üstünlük verirsə, rejissorlar da onu çəkirlər. Heyif, Allah ciddi Azərbaycan filmlərinə rəhmət eləsin. Mənim və bir neçə rejissorun yeri Azərbaycan deyil. Onu da qeyd edim ki, ssenarisi İlqar Fəhmi, rejissoru Rövşən İsax olan "Aktrisa" filminə indi bəziləri deyəcək ki, baxmışam, əla filmdir. Amma çox heyif ki, heç kim bəzi filmlər haqqında həqiqəti paylaşmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB