Bu iki məşhur Şahin Zəkizadəni tək qoymadı

Bu iki məşhur Şahin Zəkizadəni tək qoymadı

Qan xərçəngi xəstəliyindən müalicə olunan rejissor Şahin Zəkizadə ağır günlərində yanında olan dostlarına minnətdarlığını bildirib. SİA-nın məlumatına görə, rejissor ona dəstək olan dostlarına təşəkkür edib: "Ən çətin günlərimdə ilk dəqiqələrdən mənimləsiniz. Ailəmə böyük mənəvi dayaq oldunuz, mənə ruh yüksəkliyi verdiniz. İnsan kimi istiliyinizi və mənəvi qardaşlığınızı məndən əsirgəmədiniz. Bu günə kimi mənə qardaş kimi dəstək olursunuz. Hər kəsə minnətdaram. Allah sizə min əvəzini versin, qardaşlarım Turan İbrahimov və Kənan MM".

Bütün xəbərlər Facebook səhifəmizdə