Lalə Məmmədova məşhur layihənin qonağı olacaq

Lalə Məmmədova məşhur layihənin qonağı olacaq

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi zəngin konsert proqramı ilə yenədə Bakı sakinlərinin və qonaqlarının görüşünə gələcək. SİA-nın məlumatına görə, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsert sentyabrın 18-də, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

Bu həftə "Retro Bakı"da tanınmış müğənnilər Lalə Məmmədova, Cavan Zeynallı, Ceyhun Bakinski, Yaşar Cəlilov, Şəbnəm Qəhrəmanova və Səbinə Əsgərova iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə