Mətbuatda "Kiralık aşk"ın aktrisası Elçin Sanqunun rejissorla mübahisə etdiyi üçün serialdan ayrılacağı barədə məlumatlar yayılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, serialı çəkən "Ortaks Yapım" şirkəti məsələ ilə bağlı açıqlama verərək iddiaları təkzib edib.
Şirkətdən bildirilib ki, çəkilişlər hər zaman olduğu kimi ruh yüksəkliyi ilə davam edir: "Xahiş edirik əsasız xəbərlərə inanmayın".
Qeyd edək ki, "Kiralık aşkın" yeni mövsümə sentyabrın 23-də Bakı vaxtı ilə 21:00-da "Star TV"də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB