Heydər Əliyev Sarayında Baku Sinfonietta orkestrinin iştirakı ilə "Broadway Night Show" konserti keçiriləcək. SİA-nın məlumatına görə, konsertdə tamaşaçılara sevilən "Walt Disney" musiqiləri təqdim olunacaq. Hər yaş dövründən tamaşaçılara maraqlı və baxımlı olan, rəngarəng süjet xətti ilə seçilən "Aslan Kral" (The Lion King), "Cəngəlliklər kitabı" (The Jungle Book), "Gözəl və Bədheybət" (Beauty and the Beast), "Ələddin" (Aladdin), "Su Pərisi"(The Little Mermaid), "Mulan" (Mulan), "Pinokkio" (Pinocchio) və s. ən məşhur Walt Disney cizgi filmlərindən kompozisiyalar səsləndiriləcək.
Baku Sinfonietta orkestrinin bədii rəhbəri və baş drijoru, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.
Konsertdə, həmçinin "O səs Türkiyə" müsabiqəsinin qalibi Elnur Hüseynov, "Səs Azərbaycan" müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyova və sevilən müğənni Diana Hacıyeva da çıxış edəcək. Respublikanın Əməkdar artisti İsfar Sarabski konsertin xüsusi qonağı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB