Bu gün teleaparıcı Vüsalə Əlizadənin həyatında ən kədərli günlərdən biridir. SİA-nın məlumatına görə, aparıcının atası sentyabrın 15-də vəfat edib: " Bu gecəyə nifrət edirəm. Səni məndən, bizdən alan bu gecəni heç vaxt bağışlamayacam. Sən həyatımda ilk sevdiyim, həsəd apardığım, öyrəndiyim, bölüşdüyüm kişi oldun! Qadın cildində mərd bir kişi böyütdün məni, dünyanın o başına getsəydim, gözünü qırpmazdın. "Ürəyim buz kimidir, o mənim erkək qızımdır" deyərdin. Sağlığımı düşünüb, mən gedəndən sonra son mənzilə biletini aldın. Son dəfə yanında ola bilməmək, səni son mənzilə yola sala bilməmək ürəyimə bir başqa dağ çəkdi. Bunun acısını kimsə mən kimi bilə bilməz. Düşüncəmdəki əsl kişi obrazı, səbrli, dözümlü, mərd adam, qayğıkeş həyat yoldaşı, əvəzolunmaz ata, əlləri qızıl sənətkar, müəllimim, dostum, sirdaşım, hər şeyim sən idin ATA... Sənə rəqib tapmadəm bu həyatda və indi bu yaşımda, vaxtımda səhvlərdən keçə-keçə həyatı öyrənə-öyrənə anlayıram bunu. Bu dünyanın gərdişi dəyişsə, bir dilək şansım olsa, səni qaytarmağını istəyərdim Tanrıdan. Çünki o soyuq qara daş sən kimi oxşamır saçlarımı, sənin kimi öpmür gözlərimi, sənin kimi arxamdam deyib güvən vermir, sənin qoxun gəlmir o qra daşdan. Bircə ümidim var, səni görəcəyəm..Sənə çox ehtiyacım var... ATA!"
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB