Xərçəngdən əziyyət çəkən rejissorun qızı da birinci sinfə gedir FOTO
Bu gün övladını 1-ci sinfə yola salanların sırasında xərçəng xəstəliyindən əziyyət çəkən Şahin Zəkizadə də yer alıb. SİA-nın məlumatına görə, 1-ci sinfə qədəm qoyan qızının yanında ola bilməyən rejissor üzüntüsünü İnstagram hesabında dilə gətirib: "Bu gün mənim gözümün nuru olan, qızım Fatimə 1-ci sinfə gedir. Təəssüf ki, bu xəstəlik mənə imkan vermədi ki, yanında olam, sevincini səninlə bölüşəm. Əminəm indi səbəbini bilməsən də, zaman keçəndən sonra məni çox qınamarsan. Amma bu gün sən artıq həyata ilk addımını atırsan. Bu yol elm, bilik, savad yoludur. Vətənə, ailənə xeyir verən bir övladın yoludur. Sənə Allahdan zehin açıqlığı arzu edirəm. Dərslərində diqqətli və səbirli olmağı diləyirəm. Sən körpəlikdən çox ağıllı uşaq olmusan. Əminəm ki, böyük alim və ya həkim mütləq olacaqsan. Allah səni qorusun. Dualarım daima səninlədir. Harda olsam səni çox sevirəm".
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB