Roza Zərgərli onlar üçün mahnı oxudu

Roza Zərgərli onlar üçün mahnı oxudu

Müğənni Roza Zərgərli "Qəbələ" futbol klubunun himnini oxuyub. SİA-nın məlumatına görə, söz və musiqisi Gülnar Sultanovaya, aranjimanı Elvin Musayevə məxsus bəstə "Haydi Qəbələ" adlanır: "Bu mahnını "Qəbələ" klubuna dəstək olmaq üçün ifa etdim. Onlar bu gün "Anderlext" kimi çətin rəqiblə qarşılaşacaqlar. Bu oyunda da "Qəbələ" klubuna uğurlar arzu edirəm. Onu da əlavə edim ki, bu himinin ideya müəllifi prodüserim Anar Əliyevdir".

Qeyd edək ki, "Konstant Vanden Stok" stadionunda keçiriləcək "Anderlext" – "Qəbələ" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə