Filmin 5-ci hissəsinin təqdimatının tarixi bəlli oldu

Filmin 5-ci hissəsinin təqdimatının tarixi bəlli oldu

"Recep İvedik" obrazı ilə məşhurluq qazanan Şahan Gökbakar filmin 5-ci hissəsinin təqdimat tarixini açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor filmin hazırlıqlarının davam etdiyini və 2017-ci ilin 17 fevralında nümayiş ediləcəyini deyib.

Ş.Gökbakar ona paxıllıq edənlərə "MaşAllah de, dilinə dişlə" deyərək zarafatla ismarıc da göndərib.

Qeyd edək ki, "Recep İvedik"in 2008-20014-cü illərdə çəkilən 4 hissəsini kinoteatrlarda ümumilikdə 19 milyon 330 min tamaşaçı izləyib. Ş.Gökbakar bu filmlərdən 164 milyon 480 min lirə (təxminən 89 milyon manat) gəlir əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə