Aparıcı Bakıdan getdi

Aparıcı Sərxan Kərəmoğlu Gürcüstana səfər edib. SİA-ın məlumatına görə, aparıcının oraya getməsinə səbəb səhhətindəki problemlə bağlı olub. O, bu barədə İnstagram hesabında məlumat verib: "Əziz dostlar, dualarınıza ehtiyacım var. Neçə gündür Tbilisidə olmağımın səbəbi özümü çox pis və narahat hiss etməyim idi. Şükür hər şey yolundadır. Bir az əsəb və təzyiq ilə bağlı problemlərim var. Allah bütün xəstə bacı-qardaşlarımıza şəfalar versin, içində də mənə. Dua edin ki, müalicəm normal getsin. Bu mübarək gündə hər birinizin dualarına ehtiyacım var. Belə də ki, hər şey yolundadır. Gürcü həkimi deyir, sən ölənə oxşamırsan, narahat olma".

Bütün xəbərlər Facebook səhifəmizdə