Azərbaycanlı rəqqasə Oksana Rəsulova filmə çəkilir. Bu barədə SİA-ya rəqqasənin özü məlumat verib. O, bildirib ki, aparıcı Murad Dadaşovun rəhbəri olduğu "M Group Production"-nın həyata keçirdiyi "Bayram axşamı" adlı filmdə rol alıb: "Baş rolu ifa etdiyim filmdə mənim tərəf müqabillərim İslam Mehrəliyev, Cəmil Məmmədli, Əkbər Əlizadə və Elxan Quliyev oldu. Düşünürəm ki, bu film 2017-ci ildə ən yaxşı komediya filmi olacaq. Çünki bu işdə peşəkar komanda əziyyət çəkib. Film Novruz bayramı ərəfəsində təqdim olunacaq. Bu filmdə xeyirxah qız obrazındayam. Film barədə başqa nəsə demək istəmirəm. Sürpriz olsun. İnşallah hazır olanda görəcəksiniz".
Qeyd edək ki, "Bayram axşamı" filminin rejissoru Toğrul Məmmədov, operatoru Rauf Qurbanəliyev, baş icraçı prodüser İsmayıl Bağırov, stilist-vizajist Nura Babayevadır. Filmdə geyimləri Aygün Mahmudova hazırlayıb, qrimlər üzərində isə Mehriban Neymətova çalışıb.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB