Xoşqədəm əkizlərinin üzünü gizlətdi

Xoşqədəm əkizlərinin üzünü gizlətdi

Teleaparıcı Xoşqədəm Hidayətqızı əkizləri ilə çəkilmiş şəkillərini "İnstagram" səhifəsində yayımlayıb. SİA-nın məlumtına görə, övladlarının üzünü ürək işarələri ilə gizləyən aparıcı, sevənlərinə bu sözlərlə müraciət edib: "Gözlərimdən sevgi yağır. Allahım bütün balaları pis gözlərdən, insanlardan, nəfisdən qorusun. Bu arada qucağımdakı kimdir? Ardadır yoxsa Arın? P.S: Ürəkbulandıranlar, kinini tökməyə yer axtaranlar bura yazmasın!!!"

Qeyd edək ki, 2014-cü ilin 21 oktyabrında türkiyəli ulduz Doğuşla ailə quran aparıcının, 6 may 2016-cı ildə əkizləri dünyaya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə