Məşhur aktyor vəfat etdi

Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən "Yeşilçam" filmlərinin əfsanəvi aktyoru Mahmud Həkimoğlu bir neçə gün öncə vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, həkimlərin bütün cəhdlərinə baxmayaraq 61 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

M.Həkimoğlunun vəfat etməsi barədə məlumatı aktyor Nuri Alço sosial mediada paylaşıb:"Çox kədərliyik. Allah rəhmət etsin. Çox yaxşı insan idi".

Qeyd edək ki, M.Kərimoğlu karyerası ərzində 80-dən çox film və serialda rol alıb. Bundan başqa, 12 ekran işinin isə prodüseri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə